Vəkil Vaqif Xaçatryanın müdafiəsindən imtina etdi
![](https://ena.az/uploads/news/2023-10/_ena_8c59ba8121db269b38700b4ca_o.jpg)
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamını törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın müdafiəsindən imtina edib.
ENA.az-ın məlumatına görə, bu, bu gün Yasamal rayon məhkəməsində Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə məlum olub.
Prosesdə N. Beydullayev məhkəməyə müraciət edib. O bildirib ki, səhhəti ilə əlaqədar müdafiədən imtina edir.
Etiraz qəbul edilib və V. Xaçatryan başqa müdafiəçi ilə təmin edilib.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova V. Xaçatryana müdafiəçi təyin edilib.