TURİZM

Hökumət Kapadokiyanın unikal coğrafiyasını qorumaq üçün böyük cərimələr tətbiq edəcək

Bölgənin bənzərsiz pəri bacaları, mağaraları və minlərlə illik tarixi, demək olar ki, dünyanın hər yerindən turistlərin diqqətini çəkir və yeni investorların iştahını oyadır. ENA.az xəbər verir ki, yeni hazırlanan tənzimləmə ilə Kapadokya bölgəsində icazəsiz fəaliyyətlərə görə ağır cərimələr tətbiq edilir və cəzalar təkcə bölgədəki investorları deyil, turistləri də əhatə edir.

Beləki, icazəsiz film, dron, fotoşəkil və video çəkənlərdən, icazəsiz qayaları oyanlardan və təmir zamanı orijinal formaya əməl etməyənlərə qədər bir çox tətbiqlərə cərimələr tətbiq olunacaq. TBMM-də müzakirə edilən və Kapadokya bölgəsi daxilində mühüm qadağaları ehtiva edən və gündəlik kirayə evlərlə bağlı qaydaları ehtiva edən təklifdə aşağıdakı tənzimləmələr yer alır:

Kapadokya bölgəsində icazəsiz yeni tikinti aparılması halında  304 min TL, qorunan ərazilərdə və qoruq ərazilərində 532 min TL cərimə ödəniləcək. İcazəsiz qayaları oyaraq yer tikənlər 608 min TL cərimələnəcək. Mövcud binalarda mərtəbə əlavə edilməsi, mərtəbə hündürlüyünün dəyişdirilməsi, yer əlavəsi, terrasın bağlanması halında mühafizəsi zəruri olan daşınar və daşınmaz mədəni və təbii sərvətlərdən başqa ərazilər üçün 304 min TL, qorunan ərazilər üçün 532 min TL cərimə nəzərdə tutulur.  

Tikinti ilə bağlı prosedurlarda cərimələrin həcmi 700 min TL-yə qədər yüksəlir. 

Bundan əlavə, film, serial, sənədli film, reklam, dron çəkilişləri, xəbər reklamları, fotoşəkillər, video çəkilişlər, gəlir üçün icazəsiz çəkilişlər və Kapadokya bölgəsi daxilində icazəsiz tədbirlər, festivallar və təşkilatlar üçün 16 min TL cərimə tətbiq olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)