MALİYYƏ

Valyuta hərracı keçirildi - NƏTİCƏ

12 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 41 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.  

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 10 oktyabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 47,4 milyon ABŞ dolları təşkil etmişdi.

2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 75 valyuta hərracında banklara cəmi 2 milyard 740,63 milyon dollar satılıb. 

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)