Sosial iqtisadiyyat

Gələn il ölkədə işsizlik səviyyəsinin 5.8%-ə enəcəyi proqnozlaşdırılır

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib.

Bu barədə Fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilib. Hesabata əsasən, Azərbaycanda işsizlik səviyyəsi 2023-cü ildə 5.9% səviyyəsində olacaq. BVF 2024-cü ildə isə ölkədə işsizlik səviyyəsinin 5.8%-ə enəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Fond 2022-ci il üzrə işsizlik səviyyəsini 5.9% proqnozlaşdırmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)