Sülhməramlılar Qarabağda 25 yeni post yaradır

Rusiya sülhməramlıları Qarabağ separatçılarının təhvil verdiyi silah-sursat, hərbi və xüsusi texnika anbarlarını qorumaq üçün 25 mühafizə postu yaradır.
ENA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, bu mühafizə postlarından 14-ü Azərbaycan tərəfi ilə birgə yaradılır.