Bank

Yelo Bank daha 3 vətəndaşa biznesə başlamaq üçün dəstək göstərib

Özünüməşğulluq proqramı çərçivəsində Yelo Bank aztəminatlı ailələrə həmişə dəstək olur. Bank bu dəfə daha 3 bölgə sakininin biznes arzularını gerçəkləşdirib. Onlardan biri – Göyçayda yaşayan Fərrux Nəbiyev Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Bir dülgər kimi əl qabiliyyəti ilə fərqlənən Fərruxun arzusu bacarığını biznesə çevirmək idi. Yelo Bank ona dəstək oldu və kiçik dülgər sexi üçün lazım olan avadanlıqları hədiyyə etdi.

Aslan Qafarov Biləsuvarda yaşayan, birinci Qarabağ müharibəsi iştirakçısıdır. Onun arzusu PVC qapı-pəncərə istehsalı üzrə biznes fəaliyyətinə başlamaq idi, lakin lazımi maddi resursu yox idi. Yelo Bank ona lazımi köməkliyi göstərərək biznesə başlamaq üçün zəruri olan avadanlıqları təqdim etdi. 

Kürdəmirli Aidə Qurbanova isə Vətən müharibəsi şəhidinin ailə üzvüdür. O, Vətəni üçün savadlı kadr yetişdirmək istəyirdi. Bu məqsədlə Yelo Bank ona təlim-tədris paketi hədiyyə etməklə arzusunun həyata keçməsinə öz töhfəsini verdi. Bu dəstək sayəsində Aidə parlaq gələcək üçün savadlı kadrlar yetişdirməyə hazırdır.

Qeyd edək ki, Özünüməşğulluq proqramı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı Memorandum əsasında həyata keçirilir. Layihənin əsas məqsədi sosial-həssas qrupa daxil vətəndaşlarımızın sahibkarlıq arzularını gerçəkləşdirməkdir. İlk üzvlərindən biri kimi Yelo Bank layihədə aktiv iştirak edir və bundan sonra da vətəndaşlara dəstəyini davam etdirəcək.

Bank xidmətləri, eləcə də kənd təsərrüfatı krediti ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)