Hesabatlar

Neft şirkətinin banklara satdığı dolların həcmi 45,5% azalıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin sentyabr ayında valyuta hərraclarında ümumilikdə 164,5 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. 

ENA.az xəbər verir ki, Fondun məlumatına görə, 2023-cü ilin avqust ayında ARDNF tərəfindən valyuta hərraclarında ümumilikdə 93,9 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb, beləliklə sentyabrda valyuta satışının həcmi 75,2% artıb.

2023-cü ilin yanvar-sentyabr aylarında isə fond hərraclarda 2 milyard 102,2 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. Bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə 45,5% azalma deməkdir. 

Azərbaycan Mərkəzi Bankı məlumatlarında vurğulayır ki, hərraclarda 90%-dən yuxarı xarici valyutaya tələb təklifdən aşağı olur.

Qeyd edək ki, ARDNF dövlət büdcəsinə olan transferlərini manatla etmək üçün hərraca dollar çıxarır. 2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb, bu isə 2021-ci illə müqayisədə 30% azalma deməkdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)