Qarabağ

Separatçıların daha bir məşhur generalı TUTUTLDU

Qarabada ləğv edilmiş qondarma rejimin daha bir generalının Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığı barədə məlumat yayılıb.

ENA.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, general-leytenant, qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan da Ermənistana keçmək istəyərkən saxlanılıb.

Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda törədilən qətliamda yaxından iştirak edib. A.Qaramyan Qarabağ müharbəsində fəallığı ilə seçilən cinayətkarlardan olub. Şuşa və Laçının işğalında ciddi rol oynayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)