Azərbaycanda 18 yaşınadək şəxslərə - QADAĞALAR QOYULUR
Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilər satmağa, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.
"BI"nin məlumatına görə, bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər edilir.
Dəyişikliklər görə, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər.
Bununla yanaşı, onlar arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.
Qanun layihəsinə dəyişikliklər Milli Məclisin fevralın 12-də keçiriləcək iclasında müzakirə ediləcək.