SON DƏQİQƏ: Qarabağdakı separatçı rejim özünü buraxdığını elan etdi
Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
ENA.az xəbər verir ki, bu barədə qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan "qərar" imzalayıb.
Bildirilir ki, 2024-cü il yanvarın 1-dək bütün qondarma "təşkilatlar" və "qurumlar" ləğv edilir və "Artsax" öz fəaliyyətini dayandırır.