Qarabağ

Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib

Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.

Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.

“Yox, məndə belə bir məlumat yoxdur, ona görə də, bu barədə heç nə deyə bilmərəm… Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”, – deyə Kremlin sözçüsü Vardanyanın saxlanması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Eyni zamanda o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)