Qarabağ

Vardanyan belə tutuldu - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində qanunsuz olaraq Azərbaycan ərazisinə gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

ENA.az xəbər verir ki, "Xəzər TV" onun həbs edilməsi görüntülərini yayıb.

1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan İrəvanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Arayik Arutyunyanın "dövlət naziri" vəzifəsini tutmaq təklifini qəbul edib.
 

Görüntüləri təqdim edirik:

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)