Bank

ABŞ banklarının depozitlərdə tarixi axın! 1994-cü ildən bəri ilk dəfə əmanətçilər pullarını geri çəkirlər

Açıqlanan məlumatlara görə, ABŞ-da bank sektorunun cəmi depozitlərində 1994-cü ildən bəri ilk dəfə olaraq illik azalma qeydə alınıb.

ENA.az xəbər verir ki, S&P Global Market Intelligence hesabatında iyunun 30-da başa çatan dövrlə müqayisədə depozitlərin 4,8 faiz azalaraq 17,3 trilyon dollara düşdüyünü açıqlayıb.

S&P təhlilinə görə, bu, əmanətçilərin daha yüksək gəlirli alternativlərə üz tutması nəticəsində baş verib. ABŞ-da bəzi regional bankların iflası da əmanətlərin xaricə axmasına səbəb olub. Ən yüksək artım 31,1 faizlə Schwab-da olub.

S&P analitikləri əmanətçilərin bankın pul bazarı fondları kimi digər məhsullara üz tutduğunu düşünürlər.

"Yumşaq eniş ehtimalı 60 faizdir"
ABŞ-da əmanətlərdə tarixi axın olsa da, iqtisadi aktivlik yolu ilə bağlı şərhlər gəlməkdə davam edir.

FED üzvü Neel Kashkari, inflyasiyanın iqtisadiyyata zərər vermədən 2 faiz hədəfinə endirilməsi imkanını 60 faiz olaraq gördüyünü bildirib.

Çərşənbə axşamı günü Fed saytında dərc olunan məqaləsi Kaşkari, Fed-in irəli sürdüyü iki ssenaridə göstərə biləcəyi reaksiyalar haqqında siqnallar verdi.

"Yumşaq eniş" ssenarisində faizlərin bir daha artırıla biləcəyini ifadə edən Kaşkari, 40 faiz ehtimal olaraq gördüyü və inflyasiyanın qalıcı hala gəldiyi digər ssenaridə faiz dərəcələrini daha da artırmalı olduqlarını qeyd etdi. Yumşaq eniş ssenarisi ilə bağlı Kaşkari belə bir qiymətləndirmə etdi:

“Bu il potensial olaraq başqa 25 əsas bəndlik faiz artımından sonra FOMC faiz dərəcələrini kifayət qədər uzun müddət bu səviyyələrdə saxlaya və inflyasiyanı məqbul səviyyədə hədəfə qaytara bilər". 

Bir gün əvvəl Whartondakı çıxışında Kashkari, iqtisadiyyatın gözləniləndən daha güclü qalacağı təqdirdə daha bir faiz artımına ehtiyac ola biləcəklərini bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)