Bakı-Xırdalan qatarında sərnişinlərin halı pisləşdi - SƏBƏB
Bugün səhər saat 8:10 radələrində Sumqayıtdan çıxan Bakı-Xırdalan Sumqayıt qatarında bir neçə sərnişinin halı pisləşib. ENA.az xəbər verir ki, qatarda havalandırma sistemi tamamilə dayandığı üçün sərnişinlərin ürəyi sıxılıb.
Qatarların pəncərəsi açılmadığından və pik vaxtı olduğundan, üstəlik havalandırma dayandığından sərnişinlər şikayət etməyə başlayıblar. Qatarın maşinisti bildirib ki, texniki səbəblərdən belə bir vəziyyət yaranıb. Xüsusən də qatarın sükan heyətinin "bir dəfə dedik də texniki səbəblərdəndir", -deyə kobud cavab verməsi və yaranmış vəziyyətə görə sərnişinlərdən üzr istəməməsi ciddi narazılıq yaradıb.
"Şüşələr elə parlanmışdı ki, bayırı görmək olmurdu. Bir neçə nəfər halı pisləşdiyindən qarşıdakı dayanacaqdı məcburən düşdü. Bir neçə nəfər pis vəziyyətdədir", - deyə sərnişinlər saytımıza bildiriblər.