Qarabağ

Xocalıda Erməni nümayəndələri ilə növbəti danışıqlar keçirilir

Sentyabrın 25-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başlayıb.

ENA.az APA-ya istinadən xəbər verir ki, görüş Xocalı şəhərində baş tutub.

Qeyd edək ki, Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub.

Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)