Daha 3 kredit ittifaqının lisenziyası - LƏĞV EDİLDİ
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib.
"BI" xəbər verir ki, bunlar Bərdə rayonundakı “Fim-Finans”, Salyan rayonundakı “Firavan” və Xaçmaz rayonundakı “Şans” kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 57-dən 54-ə düşüb.