İnşaat və əmlak

Almaniyada ev qiymətlərində son 23 ilin ən kəskin enişi

Almaniya Federal Statistika İdarəsi (Destatis) ev qiymətləri ilə bağlı 2023-cü ilin ikinci rübü məlumatlarını açıqlayıb. ENA.az xəbər verir ki, müvafiq olaraq, Almaniyada ev qiymətləri aprel-iyun dövründə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azalıb.

Beləliklə, 2000-ci ildən evlərin qiymətləri ilə bağlı məlumatların toplanmasına başlanandan bəri ən kəskin eniş qeydə alınıb.

Berlin, Hamburq, Münhen, Köln, Frankfurt, Ştutqart və Düsseldorf şəhərlərində mənzillərin qiymətləri 9,8 faiz, bağı olan evlərin qiymətləri isə 12,6 faiz ucuzlaşıb.

Bu arada, Avropa Mərkəzi Bankı (AMB) yüksək inflyasiyaya qarşı artan faiz dərəcələri ilə mübarizə aparır. Bu vəziyyət tikinti və digər sektorlara investisiyaları bahalaşdıraraq iqtisadiyyatı ləngidir.

Almaniyada 2023-cü ilin ilk yarısında həm tikinti xərclərinin, həm də faiz dərəcələrinin artması səbəbindən mənzil tikintisi icazələrində 27 faiz azalma olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)