Robert Koçaryanın oğlu iğtişaş yerində tutulub
Polis Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanı saxlayıb. Bu barədə Ermənistanın “Aysor” mediası xəbər.
Hadisə İrəvanda davam edən aksiyalar zamanı baş verib.
Paytaxtın polis idarəsindən bildirilib ki, şəhərdə vəziyyət çox gərgindir.
Qeyd edək ki, İrəvanda etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanı hökumət binasına daxil olmasına maneə yaratmağa çalışıblar. Hadisə baş nazir hökumət iclasına gedən zaman yaşanıb.
Nazirlər Kabineti üzvlərinin binanı tərk edə bilməməsi üçün etirazçılar binanı demək olar ki, hər tərəfdən mühasirəyə alıblar.
Lakin polis əməkdaşları nümayişçiləri Melik Adamyan küçəsinə doğru irəliləməyə imkan verməyib.
Etirazçılar polis kordonunu yarıb və amma Paşinyanın korteji oradan keçə bilib.