Vakansiyalar

Dövlət Vergi Xidməti işçilər axtarır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.

ENA.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün 5 noyabr 2023-cü il tarixində test imtahanı keçirəcək.

Dövlət Vergi Xidməti tərəfindən sənədləri qəbul edilmiş namizədlər 24 oktyabr saat 23:59-dək bu keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)