İsrail Türkiyə ilə Aralıq dənizində qazma işlərinə başlayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə səfəri baş tuta bilər.
Bu barədə o Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.
O qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Nyu-Yorkda keçirdiyi görüşü zamanı enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib:
“Biz iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün nazirlərimizin iştirakı ilə mexanizm yaradılmasının faydalarına toxunduq. İsraillə (Aralıq dənizinin Şərqi – red.) qazma işlərinə başlayacağıq. Biz təkcə Türkiyəyə deyil, Türkiyədən Avropaya enerji (təbii qaz – red.) nəqli xətlərinin istismarına başlayacağıq”.”