Gündəm

Nazir generalı işdən çıxardı - Yeni TƏYİNAT

Penitensiar Xidmətin rəis müavini general-mayor Məhərrəm Qafarov vəzifəsindən azad olunub.

ENA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb.

Nazirin digər əmri ilə polkovnik Nofəl Əsədov Xidmət rəisinin müavini təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)