Rəsmi

Bu idarə ləğv edildi - FƏRMAN

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev həftənin çərşənbə günü Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin ləğvi və “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Qeyd edilir ki, həmin 2-ci hissəsi ləğv edilir. Belə ki, həmin fərmanın 2-ci hissəsində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin say həddi 141 ştat vahidi müəyyən edilməsi ilə bağlı idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)