Büdcənin profisiti ÜDM-in 14.5%-i həcmindədir
2023-cü ilin yanvar-iyun ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5.2 mlrd. ABŞ dolları və ya ÜDM-in 14.5% səviyyəsində oub. ENA.az xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank yayıb.
"2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar hesabında ÜDM-in təxminən 15%-i həcmində profisit proqnozlaşdırılır", - deyə məlumatda bildirilir.
2022-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti rekord 23 milyard 478,1 milyon dollar (2021-ci il göstəricisindən 2,8 dəfə çox) və ya yüksək neft və qaz qiymətləri fonunda ÜDM-in 23,5%-ni təşkil edib.