TURİZM

Turizm üçün ən böyük risklər - İqlim və qiymət artımlarıdır

Qərargahı İspaniyanın paytaxtı Madriddə olan Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) dünyada turizm rəqəmlərinin "tarixin ən pis dövrü" olaraq xarakterizə etdiyi epidemiyadan əvvəlki səviyyələrə çatdığını açıqlayıb.

Bu ilin yanvar-iyul ayları arasında dünya üzrə ümumilikdə 700 milyon turistin səyahət etdiyini deyən Dünya Turizm Təşkilatı bunun 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43 faiz artım demək olduğunu vurğulayıb.

Bu 7 aylıq dövrdə turizmin iyul ayında zirvəyə çatdığı, 145 milyon turistin və 2023-cü ildə 20%-nin iyul ayında səyahət etdiyi bildirilib.

Məlumatlara görə, dünyada ən çox turistə ev sahibliyi edən bölgə olan Avropa, daxili tələbatın və ABŞ-dan gələn səyahətlərin güclü artmasının dəstəyi ilə pandemiyadan əvvəlki səviyyənin 91 faizinə çatıb.

Dünyada pandemiyadan əvvəlki (2019) səviyyəsini keçən yeganə bölgə olan Yaxın Şərqdə yanvar-iyul ayları arasında gələn turistlərin sayı 2019-cu illə müqayisədə 20 faiz artıb.

İqlim və qiymət artımları ən böyük risklər yaradır
Digər tərəfdən, UNWTO-nun baş katibi Zurab Pololikaşvili açıqlanan məlumatlarla bağlı aşağıdakı qiymətləndirməni edib:

"UNWTO məlumatları bir daha göstərir ki, turizm bütün dünyada nə qədər güclü şəkildə bərpa olunur. Bununla belə, bizim sektorumuz da bərpa olunduqca uyğunlaşmalıdır. Son aylarda şahidi olduğumuz ekstremal iqlim hadisələri və artan turist axınının idarə edilməsində kritik problemlər əhatəli həlletmə tələb edir. Bu, davamlı sektorun qurulmasının zəruriliyini bir daha nümayiş etdirdi."

Hər şeyə baxmayaraq, UNWTO qeyd edib ki, qlobal iqtisadi böhran, qiymət artımları və yüksək inflyasiya turizm üçün risklər yaradır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)