“SOCAR Türkiyə”nin rəhbərliyində dəyişiklik olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkətinin Emal və Neft-Kimya bölməsinin və “Petkim Petrokimya Holding”in Baş direktoru vəzifəsinə təyinat olub.
Bu vəzifə Kənan Mirzəyevə həvalə edilib. Bundan öncə Kənan Mirzəyev şirkətin strategiya üzrə baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, “SOCAR Türkiyə”nin Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov olub. O, iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəmcama əsasən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.