“Coca-Cola” süni intellektdən istifadə edərək yeni içki hazırlayıb
“Coca-Cola” şirkəti süni intellektlə birgə yaradılmış, qeyri-adi dada malik məhdud sayda Y3000 içkisini buraxıb. Bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb,
Bu barədə RBC xəbər verir.
Futuristik içkinin unikal dadını yaratmaq üçün brend süni intellekt ideyalarını və dünyanın hər yerindən olan pərəstişkarlarının gələcəyin necə ola biləcəyi ilə bağlı fikirlərini birləşdirib. “Parlaq gələcəyin” simvolu olan qeyri-adi qablaşdırma dizaynı da neyron şəbəkə tərəfindən yaradılıb.
Eyni zamanda istehsalçı içkinin tam olaraq hansı dadda olduğunu və tərkibində hansı maddələrin istifadə edildiyini demir. Yeni məhsulu ABŞ, Kanada, Çin, Avropa və Afrikada almaq mümkündür.