MALİYYƏ

Sberbank-ın CEO-su: "Rublun sabitliyi üçün görülən işlər yetərli deyil"

Rusiyanın dövlət kanalı “Rossiya-24”ə açıqlamasında Sberbank-ın baş direktoru (CEO) German Qref bu il xarici valyutalar qarşısında dəyər itirən rublun vəziyyətindən danışıb.

Bazarda sərmayə axını olduğu zaman ənənəvi olaraq bu vəziyyətlə faiz artımı ilə mübarizə aparıldığını izah edən Gref, “Ancaq indiki vəziyyətdə bu, Rusiya Mərkəzi Bankının etdiyi faiz artımı üçün keçərli deyil. Valyuta bazarında arbitraj o qədər yüksəkdir ki, faizin 4 və ya 5 bənd artırılması heç nəyi həll etmir"- deyib.

Rublun sabitləşməsi üçün atılan addımları qeyri-kafi gördüyünə diqqət çəkən Gref, “Rublu sabitləşdirmək üçün edilənlər kifayət deyil. Həm Rusiya Mərkəzi Bankı, həm də hökumət bunu çox yaxşı başa düşür, ona görə də problemin səbəblərini anlamaq və həll yollarını tapmaq üçün çalışırlar”, -deyə açıqlama verib.

Rusiya Mərkəzi Bankının faktiki olaraq inflyasiya ilə mübarizə üçün faiz artırdığını bildirərək, yeni vəziyyətə uyğun və öz təsirini göstərəcək tədbirlər paketi olmasının vacibliyini vurğulayıb. 

Qref Rusiya hakimiyyətinin məzənnə ilə bağlı inzibati tədbirlər görməsinin effektli olmayacağı fikrini də bölüşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)