Azərbaycanın AÇG layihəsindən xalis mənfəəti 168 milyard dollar olub
2001-ci ildən Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin icrasından əldə etdiyi xalis mənfəət 168 milyard dollar təşkil edib.
“BP-nin dünya üzrə maye karbohidrogen istehsalının 7%-i Azərbaycanın payına düşür. 2001-ci ildən Azərbaycanın “Azəri-Çıraq-Günəşli” layihəsinin həyata keçirilməsindən əldə etdiyi xalis mənfəət 168 milyard dollar təşkil edib”, - deyə BP-Azərbaycan şirkətinin sözçüsü Tamam Bayatlı bildirib.
O bildirib ki, bp və tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyədə layihələrə ümumilikdə 84 milyard dollar sərmayə qoyublar ki, bunun da 30%-i bp-nin payına düşüb.
Hazırda AÇG Azərbaycanın ümumi neft hasilatının 2/3-ni təşkil edir.
“Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Bu müqavilənin müddəti 2024-cü ildə başa çatıb. Bununla belə, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən, Böyük Britaniyanın bp (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%).