Bank

“PASHA Bank Georgia”nın rəhbərliyinə yeni təyinat olub

“PAŞA Bank”ın Gürcüstan törəməsi “PASHA Bank Georgia”nın rəhbərliyinə təyinat olub.

Anzor Mantskava bankın İdarə Heyətinin (İH) üzvü və pərakəndə biznes üzrə rəhbər təyin edilib. Anzor Mantskava buna qədər UBC International, PricewaterhouseCoopers, TBC Bank, TBC Fay kimi şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Ümumilikdə maliyyə sektorunda 20 illik iş təcrübəsi var.

Qeyd edək ki, yeni təyinatla “PASHA Bank Georgia”nın idarə heyətinin üzvlərinin sayı 3-ə çatıb. İH-nin digər üzvləri isə Selim Berent və Levan Aladashvilidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)