Birja

Neft Fondu banklara dollar satdı - HƏRRAC

Bu gün Dövlət Neft Fondu (ARDNF) valyuta hərracında banklara 24,2 milyon dollar satıb.

ENA.az xəbər verir ki, “Hərracda tələb 24,2 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Sentyabrın 7-də keçirilən hərracda banklara 6,1 milyon məbləğində xarici valyuta satılmışdı.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)