Azərbaycan qazının Türkiyəyə nəqli sentyabrın sonunda 5 gün dayandırılacaq.
Azərbaycan qazının Cənubi Qafqaz Boru Kəməri (CQBK, Bakı-Tbilisi-Ərzurum) vasitəsilə Türkiyəyə tədarükü sentyabrın sonunda beş gün müddətinə dayandırılacaq.
ENA.az xəbər verir ki, “Azerbaijan Gas Supply Company Limited” (AGSC) və Cənubi Qafqaz Boru Kəməri Şirkəti ilə razılığa əsasən, Şahdəniz-Türkiyə qaz kəmərində (SKTM-İF) planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar həyata keçiriləcək. 25-29 sentyabr tarixləri arasında Türkgözü giriş nöqtəsindən Türkiyə milli qazpaylama şəbəkəsinə təbii qazın tədarükü beş gün ərzində mümkün olmayacaq.
Türkiyənin BOTAŞ qaz şirkəti qeyd edir: “Planlı texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansında heç bir problem gözlənilmir.
Əvvəllər xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycan qazının Türkiyəyə tədarükü 10,2 milyard kubmetr nəzərdə tutulub.
2022-ci ildə Azərbaycan ümumilikdə “Şahdəniz” yatağından Türkiyəyə 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib (2021-ci ilin göstəricisindən 1,3% azalma).