Gündəm

Ərdoğan Qazaxıstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrda Qazaxıstana səfər edəcək.

Qazaxıstan KİV-lərinin məlumatına görə, bunu Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə dövlət başçısının səfəri noyabrın 3-nə planlaşdırılıb. R.T.Ərdoğan Qazaxıstanda Türk Dövlətləri Təşkilatının 10-cu yubiley sammitində iştirak edəcək.

“Biz bu sammiti ən yüksək səviyyədə təşkil etmək və keçirmək barədə razılaşdıq”, - M.Nurtleu əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)