Sənaye

Aqrar sənaye məhsullarının ixrac həcmi açıqlandı

2023-cü ilin 8 ayı ərzində Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri 593,9 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10,4% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, ixracın ümumi həcmində aqrar məhsulların payı 461,3 milyon dollardır. Bu isə 5,3% artım deməkdir. Aqrar sənaye məhsullarının payı 132,6 milyon dollar təşkil edib. Bu isə 32,8% artım deməkdir. 

2023-cü ilin yanvar-avqust ayları ərzində meyvə-tərəvəz ixracı 7,4% artıb.

2022-ci ildə Azərbaycan 912,4 milyon dollar dəyərində aqrar və aqrar sənaye məhsulları ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 11,8% çoxdur.

İxracın ümumi həcmində 717,6 milyon dollar (6,7% çox) aqrar məhsulların, 194,8 milyon (35,4% çox) aqrar sənaye məhsullarının payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)