BİZNES

Azərbaycanın qeyri-neft ixracı 15%-dək artıb

2023-cü ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı 2,2 milyard dollar təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 14,6% çoxdur. 

ENA.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, avqustda qeyri-neft ixracı 203,6 milyon dollar olub. Bu, 2022-ci ilin avqust ayı ilə müqayisədə 10% azdır. 

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 3 milyard 47,67 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.

İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara qədər artacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)