Rusiyanın ən böyük mikroelektronika zavoduna dron hücumu olub
Bryanskda dronlar sənaye obyektinə hücum edib.
Bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib.
“Nəticədə inzibati bina yanıb. Xəsarət alan olmayıb”, – qubernator bildirib.
Boqomazın mesajından sonra Rusiya Müdafiə Nazirliyi Bryansk üzərində iki pilotsuz təyyarənin aşkar edildiyi, onlardan birinin havada məhv edildiyi barədə məlumat yayıb.
Bu arada, zərbə yerində yanğın başlayıb və xilasedicilər işləyir.
Mənbələr bildirir ki, Bryanskda PUA-lar Rusiyanın ən böyük mikroelektronika müəssisəsi olan “Kremniy El” zavoduna hücum edib.