Qarabağ

Paşinyan sülh sazişi üçün şərtini AÇIQLADI

“Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılmasına dair saziş bağlamağa hazırdır”.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin sentyabrın 7-də keçirilən iclasında deyib.

Ancaq o əlavə edib ki, sülh sazişi beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli üçün Laçın yolunun açılması əsasında bağlanıla bilər.
 

Paşinyan deyib ki, Ermənistan 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü ilin mayında Brüsseldə əldə edilmiş razılaşmalara, habelə onun Rusiya və Azərbaycan prezidentləri ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata sadiqliyini vurğulayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)