Özbəkistanda yeni şəhər salınır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yeni Daşkənd şəhərinin tikintisi üçün hazırlanmış planla tanış olub.
ENA.az UzA agentliyinə istinadla xəbər verir ki, Özbəkistan Prezidentinin tapşırığına əsasən paytaxt Daşkəndin yaxınlığında yeni şəhər salınır. İlkin olaraq yeni Daşkənddə 20 min mənzil, 40 məktəb, uşaq bağçası və poliklinikanın tikintisi nəzərdə tutulub. Bunun üçün 19 min 720 kvadrat hektar ərazi ayrılıb. Ərazinin 420 hektarında müasir park salınacaq ki, burada da süni göl, heyvanxana və digər iaşə obyektləri tikiləcək.
Yeni Daşkənd şəhərinin salınması üçün Türkiyə, Almaniya, Sinqapur, Niderland, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirliklər və Cənubi Koreyadan şirkətlər dəvət olunub.
Layihə ilə tanış olan Prezident Şavkat Miziyoyev bildirib: “Özbəkistan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, belə böyük layihəni həyata keçirir. Ona görə də yeni şəhərin infrastrukturu müasir standartlara cavab verməli və sakinlərin rahatlığını təmin etməlidir”.