Elm və Texnologiya

Məktəblərdə telefon qadağan edilə bilər

Hazırda məktəbə telefon gətirməklə bağlı qadağa yoxdur. 

Bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

"Lakin məktəblərin daxili qaydaları var. Müəllim, yaxud şagirdə telefonla oynamaq olmaz. Biz indi bəzi məktəblərdə telefon gətirlməməsi ilə bağlı pilot layihə təqdim etmişik. Nəticələrə əsasən qərar verəcəyik. Telefonun şagirdin mülkü olduğunu nəzərə almaq lazımdır. Başqa ölkələrdə var biz də edək deyə kor-koranə qəbul edilməsi yaxşı deyil. Ancaq gələcəkdə telefon qadağası gündəmdə ola bilər", - nazir vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)