Bank

“Unibank” istiqraz yerləşdirəcək

“Unibank” 20 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. ENA.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, sentyabrın 7-də “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

Emissiya bir qiymətli kağızın nominal dəyəri 100 manat olan 200 min ədəd səhmə bölünüb.

İstiqrazların tədavül müddəti 360 gün, illik faiz dərəcəsi 11,5%-dir (faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcək).

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın nizamnamə kapitalı 138,2 milyon manata bərabərdir. “Unibank”ın əsas səhmdarı kapitalda 87,032% payla Eldar Qəribovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)