Türkiyədə məktəblərdə mobil telefon istifadəsinə qadağa qoyulur - Rəsmi qərar
Türkiyənin milli təhsil naziri Yusuf Tekin şagirdlərin telefondan istifadəsi ilə bağlı rəsmi qərarı açıqlayıb.
ENA.az xəbər verir ki, bu barədə "Anadolu" yazıb.
Nazirin sözlərinə görə, bundan sonra şagirdlər məktəbə gələndə dərslərə girmədən əvvəl telefonları müvafiq olaraq təhvil verməlidirlər. Dərs zamanı telefondan istifadə etmək olmaz.
Tekin əlavə edib ki, şagirdlər pis nümunə olmamaq üçün bundan sonra müəllimlərin də sinfə mobil telefonla daxil olmasına son qoyulacaq.