Aqrar

Azərbaycan ət məhsulları ilə özünü nə qədər təmin edə bilir? - CƏDVƏL

2022-ci ildə Azərbaycanda bütün növ ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 86% təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 2021-ci ildə 86,4% olub. 

Statistik məlumatlara görə, 2022-ci ildə mal əti və ondan hazırlanan məhsullarla özünütəminetmə səviyyəsi 93%, qoyun əti və ondan hazırlanan məhsullarla özünütəminetmə səviyyəsi 97%, quş əti və ondan hazırlanan məhsullarla özünütəminetmə səviyyəsi isə 78,5% təşkil edib.

2022-ci ildə Azərbaycanda yumurta ilə özünütəminetmə səviyyəsi 100,5% , adambaşına illik istehlak 179 ədəd təşkil edib.

2022-ci ildə Azərbaycanda adambaşına düşən bütün növ ət və ət məhsullarının illik istehlak həcmi 42 kq, o cümlədən mal əti və ondan hazırlanan məhsulların illik istehlak həcmi 15,8 kq, qoyun əti və ondan hazırlanan məhsulların illik istehlak həcmi 9 kq, quş əti və ondan hazırlanan məhsulların illik istehlak həcmi 16,2 kq təşkil edib.

2022-ci ildə Azərbaycana 11,7% az, yəni 11,333 min ton mal əti və ondan hazırlanan məhsullar, 67,7% çox, yəni 2,728 min ton qoyun əti və ondan hazırlanan məhsullar və 14% çox, yəni 37,149 min ton quş əti və ondan hazırlanan məhsullar idxal edilib.

Azərbaycanda heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi, %-lə

Məhsul növləri

2021

2022

Bütün növ ət məhsulları

86,4

86

Mal əti və ondan hazırlanan məhsullar

91,9

93

Qoyun əti və ondan hazırlanan məhsullar

98,2

97

Donuz əti və ondan hazırlanan məhsullar

4,8

4,6

Quş əti və ondan hazırlanan məhsullar

79,6

78,5

Süd və süd məhsulları

84,8

83,3

Yumurta

99,1

100,5

Balıq və balıq məhsulları

78,2

76,7

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)