Elm və Texnologiya

Özəl məktəblərdə "əl yandıran" qiymətlər - İlliyi 44 min manata...

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bəzi özəl məktəblərdə isə dərslər artıq başlayıb. Valideynlərin bəziləri özəl məktəblərdəki təhsil və tədris səviyyəsinin dövlət məktəblərinə nisbətən daha yüksək olduğunu düşünür və buna görə özəl məktəblərə üstünlük verirlər.

Ölkəmizdə dövlət məktəbləri ilə yanaşı kifayət qədər özəl məktəblər var. Özəl məktəblərdə tədris dilinə, məktəbin yerləşdiyi əraziyə, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə qiymətlər dəyişir.

Dövlət məktəblərində təhsil pulsuz olsa da, bəzi özəl məktəblərdə qiymətlər "əl yandırır". Üstəlik ötən illə müqayisədə illik təhsil haqlarında 10-20% arası artım müşahidə edilir. Qiymətlər 3000 manatdan başlayır, 44 min manata qədər davam edir.

ENA.az "Banco"ya istinadən özəl məktəblərdəki təhsil haqlarını təqdim edir.

Bakı Atatürk Liseyi - 3500 AZN

Erudit - 5000 AZN

Western School - 6000 AZN

Landau School - 5800 -  10000 AZN

Zirvə Liseyi – 5900 - 6800 AZN

Müasir İnnovasiyalar Liseyi – 6500 -  9000 AZN

Kaspi Liseyi - 6800 - 8800 AZN

ADA School – 8000 AZN (Yalnız  X/Xl sinif)

Hədəf Liseyi – 8000- 9000 AZN

Evrika Liseyi – 8500- 14000 AZN

XXl Əsr  Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi – 8800 – 14300 AZN

Dünya məktəbi – 9000 – 14500 AZN

İdrak Liseyi – 9000 -  13000 AZN

Avropa Azərbaycan Məktəbi – 10400 – 15500 AZN

Britaniya məktəbi – 12000 – 14000 AZN

Sabis Sun İnternational School – 12530 -15000 AZN

Oxbridge Academy Baku – 12750 – 20400 AZN (Qiymət   1USD= 1,7 AZN məzənnəsinə əsasən manatla qeyd olunub)

Müasir Təhsil Kompleksi – 16500 – 17200 AZN ( 6-cı sinif yoxdur)

Bakı Oxford Məktəbi – 16500 – 17000 AZN

Bakı Fransız Liseyi - 18150 – 22990 AZN

Azərbaycan Britaniya Kolleci – 19500 – 20650 AZN

Azərbaycan Beynəlxalq Məktəbi – 44 min manata yaxın.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)