Gündəm

Ərdoğan oktyabrda Çinə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayında Çinə səfər edəcək.

ENA.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

Məqalədə qeyd edilir ki, oktyabr ayında Çinə səfər edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi məsələlər ətrafında hazırda müzakirələr gedir, müvafiq işlər aparılır: “Çinlilərin Konyada, Aksaray Yenicedə və Aralıq dənizi xəttində maliyyələşmə və ya müştərək müəssisələr qurmaqda marağı var”.

Qeyd edək ki, Türkiyənin dövlət başçısı 2017-ci ilin may ayında Çində səfərdə olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)