Qarabağ

Fransa Qarabağa yardım karvanı göndərməyə hazırlaşır

Fransa Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşır.

ENA.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Paris və Fransanın böyük regionları gələn həftə Ermənistana humanitar karvan göndərəcək. Həmin karvan Qarabağ ermənilərinə yardımdan ibarət olacağı gözlənilir.

Xatırladaq ki, avqustun 16-da Ermənistanın xahişi ilə çağırılan iclasda BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasını Dağlıq Qarabağa humanitar gediş-gəlişin məhdudlaşdırılmasını pisləməyə, Laçın dəhlizi ilə hərəkəti bərpa etməyə çağırmağa və regiona ehtiyacların qiymətləndirilməsi missiyası göndərməyə çağırıb. Lakin iclasda hər hansı qərar qəbul edilməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)