Sığorta

Azərbaycanda ilk dəfə "Sığorta Festivalı" keçiriləcək 

Bugün Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə 26 avqust- 7 sentyabr tarixlərində keçiriləcək "Sığorta Festivalı"nın mətbuat konfransı baş tutdu.

Asossasiyanın idarə heyətinin sədri Elmar Mirsalayev bildirib ki,   məqsəd əhalinin sığorta savadlılığını artırmaqdır.

 O, sığorta yığımlarının həcminin 1 milyard manatı ötəcəyini vurğulayaraq, sığorta anlayışının genişlənməsinin sektorun inkişafına təkan verəcəyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department