MALİYYƏ

Azərbaycanın daxili borclarının müddət strukturu. Borcların bir hissəsi istiqrazlardadır

Azərbaycanın daxili borcu 1 iyul 2023-cü il tarixinə 4 milyard 970,3 milyon manat və cari il üçün proqnozlaşdırılan ÜDM-in 4,5%-ni təşkil edir.

ENA.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında daxili borc 782,1 milyon manat və ya 18,7% artıb.

“Daxili borcun artımı dövlət borcunun idarəedilməsi strategiyasına uyğundur və daxili bazarda borcların artırılması hesabına xarici borcun tədricən azalmasını nəzərdə tutur”, - Maliyyə Nazirliyi bildirib.

Qeyd edək ki, daxili borcun 27,5%-i bir ilə qədər müddətə olan borclardır (emissiya olunmuş dövlət kağızları), 52,1%-i – 2-3 il müddətinə, 20,4%-i – 5 il və daha artıq müddətlik borclardır.

Maliyyə Nazirliyinin proqnozuna görə, 2024-cü ilə qədər Azərbaycanın dövlət borcu 6 milyard 689 milyon manata çatacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)