Azərbaycan nefti yenidən bahalaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.
ENA.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,21 ABŞ dolları və ya 0,23% artaraq 91,40 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, ötən gün “Azeri Light” (CIF) 91,19 dollara ticarət edilib.