Sənaye

Azərbaycan qaz ixracını 7% artırıb. Bütün ixracın 42%-i Türkiyəyədir

Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında qaz ixracını 7% artıraraq 13,8 milyard kubmetrə çatdırıb. Energetika Nazirliyinin məlumatıma görə, 2023-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Avropaya 6,6 milyard kubmetr (artım 1,5%, bütün ixracın 47,8%-i), Türkiyəyə 5,8 milyard kubmetr (bütün ixracın 42%-i, artım 20,8%), Gürcüstana isə 1,4 milyard kubmetr qaz (bütün ixracın 10,2%-i, azalma 12,5%) satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz (artım 3,1%) nəql olunub.

Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (39% çox) ixrac edilib.

2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)