Hesabatlar

Azərbaycanda qeyri-neft ixracı 18% artıb

2023-cü ilin yanvar-iyul aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $2 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 17,8% çoxdur.

İyulda qeyri-neft ixracı 233,2 milyon dollar təşkil edib. Bu, 2022-ci ilin iyul ayının göstəricisi ilə müqayisədə 0,4% çoxdur. 

2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 3 milyard 47,67 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.

İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara qədər artacaq.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)