Qazaxıstanla Çin arasında vizasız gediş-gəliş mümkün olacaq
Qazaxıstan Çinlə vizasız gediş-gəliş haqqında sazişi təsdiqləyib.
Sazişə əsasən, iki ölkə vətəndaşları hər səfərdə 30 gün və 180 gün ərzində cəmi 90 gün olmaqla sərhədi vizasız keçə biləcəklər.
Saziş bu il may ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri zamanı imzalanıb.